Dərc olunub: 20.10.2023

Oktyabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda növbəti iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev gündəliyə üç məsələnin daxil edildiyini bildirib.

B.Əliyev “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci və ikinci oxunuşda müzakirələri zamanı heç bir əlavə və təklifin daxil olmadığını söyləyib.

Sənədə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Bənzər yazılar