Təbiblər çox yaşamağın sirrini araşdırsalar da, hələ ki, qəti fikir bildirməkdən çətinlik çəkirlər. 

Olsun ki, tibb elminin daha da inkişafı, xəstəliklərin daha erkən müəyyənləşdirilməsi və müalicəsi nəticəsində insan ömrü 15-20 il də uzansın və orta ömür həddi 80-85-lərə qədər qalxsın. Lap 100 olsun. Bu yazını oxuyanlar da yüz yaşasın. 

Olsun, mümkündür. 

Lakin təbabət insan ömrünü sonsuza qədər uzatmaq haqqında düşünmür və düşünməsi də mümkünsüzdür. 

Uzun ömürlülük, əbədi yaşamaq, xalqının qan yaddaşına düşə bilmək, ölümsüzlük, ucalıq yalnız və yalnız ömrünü müqəddəs amallara, insanlığa, bəşəri dəyər və düşüncələrə sərf etmiş və bu ölməzliyə gedən yolda özünü fəda etməyə belə tərəddüd etməyən insanlara nəsib olur. 

“Kəssə hər kim tökülən qan izini, 

Qutaran dahi odur yer üzünü.” 

Böyük H.Cavidin yüz il öncə yazdığı bu misraların, bu gün nə qədər aktual olduğu, dünyanın çalxalandığı, şər qüvvəlırin dünyanı qan gölünə döndərdiyi bir zamanda, cavidanə düşüncələrin bəşəriyyətə necə faydalı ola biləcəyini ortaya qoyur. 

Ömrünün 141-ci ilini qarşılayır H.Cavid. 

Yüz illər keçəcək Cavid yaşayacaq. 

Çox yaşamaqın sirrini öyrənmək istəyənlər, çox yaşamaq düşüncəsində və arzusunda olan insanlar cavidanə düşünməli, bəşəri dəyərləri öndə tutmalı, müqəddəs amallar və insanlıq uğruna əmək verməlidirlər. 

Yüz il, yüz əlli ildə yaşasan, insanlıq adına əmək verməmisənsə, ucalığa gedən yolda yürüməmisənsə, əxlaqlı biri ola bilməmisənsə boşuna ömür xərcləmisən demək. 

Belə bir ömürü uzun saymaq olar, lakin ömür saymaq doğru olmaz. 

İnsan 30-40 il də ömür sürə bilər və bu qısa ömürdə əbədiyyət də qazanar, ölümsüzlüyə də ucala bilər. Yolun yol olsun, əməlin əməl olsun, niyyətin pak olsun gərək. 

Milli düşüncəmizdə bir Cavid ucalığı var. 

Zaman keçdikcə Sən daha da ucalırsan 

mübarək adam. 

Sən bu ucalığı Azərbaycan ədəbiyyatındakı romantizmin parlaq nümqyəndəsi kimi deyil, milli məfkurənin, istiqlaliyyətin, milli düşüncənin, əxlaqlı olmanın ünvanı kimi qazanmısan. 

Bu millət var olduqca Səni dinləyəcək, düşüncələrindən bəhrələnəcək, olduğun ucalığa yürümək istəyəcək. 

“Şeyx Sənan”da yazdığın kimi: 

“Kim ki, eşq atəşiylə oldu hədər, 

Onu yandırmaz öylə atəşlər. 

Məni öldürsələr də mən yaşaram, 

Tərk edib xəlqi xaliqə qoşaram. 

Əbədiyyət mənim məzarımdır, 

Çün sultani-eşq yarımdır. 

Eşq üçün can nisar edən ərlər, 

Əbədi bir həyat içində gülər.” 

Sən əbədiyyət ucalığından gülə-gülə, 

bu millətə olan sevgindən dolayı 

səni yandıran atəşlərin külə döndüyünü və küləklərin o külləri göyə sovurduğun görürsən. 

Səni millətin qan yaddaşında saxlayan 

sultani-eşq dediyin vətən-millət eşqi oldu. 

Sən də ömrünü, həyatını bu sevgiyə sərf edin. 

“Məni həp parça-parça doğrasalar, 

Ruhum ölməz, səmayi eşqə uçar. 

Uçar, həp cənnətdə yenə sizinlə qoşar.” 

Sən yenə bizimləsən, öndəsən, ucalıqdasan. 

Biz bir gün bu fani dünyadan köçüb gedərik. 

Sən isə hər zaman, sonsuza qədər yaşayacaqsan. 

Uzun ömürllülüyün yolunu göstərən adam. 

Bir 1 nəfər şəkili ola bilər

Tahir Huseynov

Bənzər yazılar