Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov başda olmaqla LDU-nun nümayəndə heyəti 23.10.2023-cü il tarixdə Türkiyə Respublikasının Qazi Universitetində işgüzar səfərdə olub. Nümayəndə heyətini ilk öncə Qazi Universitetinin  rektoru prof. Musa Yıldız qəbul edib. Mehribanlıq və səmimilk şəraitində keçən görüş zamanı universitetlər arası əlaqələrin möhkəmləndirilməsindən ətraflı söz açılıb.

Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, səfər zamanı Qazi Universiteti ilə Lənkəran Universiteti arasında təhsil, akademik və mədəni əməkdaşlıq sahəsində əməkdaşlıq protokolu imzalanıb. Əməkdaşlıq protokolunu Qazi Universitetinin rektoru prof. Musa Yıldız, Lənkəran Dövlət  Universitetinin rektoru prof. Natiq İbrahimov imzalayıblar.

İmzalama mərasimində Qazi Universitetindən prorektorlar prof. Yücel Gellisli, prof. Ramazan Bayındır, rektor müşavirləri prof. Halil İbrahim Bülbül, dr. Ahmet Bilal Dostbil, baş katib Ragıp Akyürek, baş katib müavinləri Mehmet Ali Özkan və Ayhan Selçuk, LDU-dan rektor müşaviri, prof. Mikayıl Məhərrəmov,  Elm və innovasiya məsələləri üzrə prorektor dos.Elvin Əliyev, universitet nəzdində Sosial Və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Günel Məmmədova iştirak ediblər.

Görüş zamanı Qazi Universitetinin rektoru prof. Musa Yıldız universitetin ağaçlandırma işləri çərçivəsində LDU-nun  rektoru  prof.  Natiq İbrahimova onun adına əkilmiş tinglərin sertifikatını təqdim edib.

Bənzər yazılar