Oktyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Qafqaz Universitetinin (Qars) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Qafqaz Universitetinin rektoru professor Hüsnü Kapu, prorektor Engin Kılıç, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Hacali Necefoğlu, ADPU-dan isə universitetin rektoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Gülnar Ələkbərova iştirak  ediblər.

ADPU-nun rektoru Cəfər Cəfərov qonaqları salamlayaraq universitet haqqında məlumat verdi. Rektor Hüsnü Kapu ölkələrimizin məmnunluq doğuran dostluq, qardaşlıq münasibətlərindən, eyni zamanda ADPU ilə əməkdaşlıqda xüsusi maraq kəsb edən məsələlər barəsindədə ətraflı danışaraq, ortaq tədris sahələrindən və bu sahədə daha sıx əməkdaşlıq imkanlarından bəhs edib.

Həmçinin, görüşdə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim-tələbə mübadiləsi imkanları,  türk dillərinin öyrədilməsi və qarşılıqlı maraq doğuran sahələrdə görülə biləcək mümkün işlər barədə müzakirələr aparılıb.

Sonda qonaqlar ADPU-nun inzibati binası ilə tanış olublar.

 

Bənzər yazılar