Bakı Dövlət Universiteti (BDU) və  Türk Dünyası Jurnalistlər Federasiyası arasında  əməkdaşlıq protokolu imzalanıb.

Protokolu BDU-nun rektoru Elçin Babayev və Türk Dünyası Jurnalistlər Federasiyasının prezidenti Menderes Dəmir imzalayıb.

Protokolun məqsədi BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaqdır.

Memoranduma əsasən, yüksəkixtisaslı jurnalist kadrların hazırlanması, media və mədəniyyət sahələri üzrə əməkdaşlıq, təcrübə mübadiləsi, birgə mühazirələr, təhsil, təlim və tədqiqat məqsədləri üçün müxtəlif kitabların, dövri və digər nəşrlərin mübadiləsi həyata keçiriləcək. Həmçinin ortaq layihələrin, birgə simpozium, festival, yarış və sərgilərin təşkili, qarşılıqlı ictimai maraq kəsb edən təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulub.

 

Bənzər yazılar