13 noyabr saat 15:00-dan respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə start veriləcək. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdənfaydalana bilərlər.

Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblillərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
Qeyd edək ki, fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.

Bənzər yazılar