Dərc olunub: 20.11.2023

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, memorandumda tərəflər arasında müəyyənləşdirilmiş istiqamətlər üzrə təhsil məhsullarını (innovasiyalar, peşə təhsili üzrə fənn proqramları, tövsiyələr, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) birgə hazırlamaq, elmi-tədqiqat, təcrübə-konstruktor işlərini, sınaqları birgə aparmaq, elmi nəşrləri təsis etməklə tirajlamaq, tərəflərə məxsus infrastruktur, müvafiq sahələr üzrə ixtisaslı mütəxəssislərin və kadrların hazırlanmasını, təkmilləşdirilməsini təmin və təşkil etmək öz əksini tapıb. Həmçinin təlim-təsərrüfat sahələrində ödənişli əlavə təhsil, məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi, birgə tədqiqat və təcrübi-konstruktor işləri çərçivəsində büdcədənkənar gəlirləri stimullaşdırmaq və təhsilalanlarda sahibkarlıq vərdişlərinin aşılanmasını təşviq etmək nəzərdə tutulur.

Tədbir çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və Heyvandarlıq Elmi-Təqdqiqat İnstitutunun direktoru Mahir Hacıyev tərəfindən tərəflərin fəaliyyətlərinin əks olunduğu geniş təqdimat keçirilib.

 

Bənzər yazılar