Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı noyabrın 25-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

DİM-dən  bildirilib ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Bənzər yazılar