Bu ilin dekabr ayından SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Elm və Təhsil Nazirliyi ilə birgə ümumi təhsil müəssisələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri aparacaq.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, layihə çərçivəsində 5, 6 və 7-ci sinif şagirdləri arasında təbii qazdan təhlükəsiz istifadə, mənzillərdə qaz iyi hiss etdikdə görülməsi vacib tədbirlər və hamam otaqlarında dəm qazından qorunma yolları barədə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Layihənin həyata keçirilməsində məqsəd şagirdlərə mavi yanacaq və qaz cihazlarından düzgün istifadənin aşılanmasıdır. Eyni zamanda azyaşlı uşaqları valideyn nəzarəti olmadan qaz cihazlarından istifadənin təhlükəsi barədə məlumatlandırmaqdır.

Bənzər yazılar