“Roof Academic Training” və “Facemark” şirkətlərinin birgə təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, “Başkent” restoranlar şəbəkəsinin dəstəyilə keçirilən Təhsil Menecmenti Zirvəsi uğurla yekunlaşıb.

Tədbirdə “Gələcək İndi” konsept mesajı ilə “Təhsildə strateji idarəetmə”, “Təhsildə rəqəmsallaşma və innovasiyalar” və  “Yeni nəsil, yeni istəklər” panelləri üzrə 3 moderator, 15 spiker bir araya gələrək sahə üzrə əldə edilən təcrübələrin mübadiləsini həyata keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

Zirvə “ROOF Academic Training” şirkətinin təsisçisi və direktoru Rüfət Hüseynzadənin və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Heydərovun açılış nitqləri ilə davam edib.

“ROOF Academic Training” şirkətinin təsisçisi və direktoru Rüfət Hüseynzadənin moderatorluğunu icra etdiyi “Təhsildə strateji idarəetmə” panelində peşəkar idarəçi, sahibkar Rasif Dünyamalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov və ADA Universitetinin Strategiya və İnkişaf üzrə prorektoru Vəfa Kazdal, “British Council” şirkətinin ölkə direktoru Nərgiz Hacıyeva, ADA Universitetinin dosenti və “Qarabağa Dönüş” təşkilatının sədr müavini Gülməmməd Məmmədov öz təcrübələrini bölüşüblər.

“Təhsildə rəqəmsallaşma və innovasiyalar” paneli “LTC Lab” təhsil mərkəzinin həmtəsisçi moderatorluğu ilə baş tutub. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin rəhbəri Fatimə Ələkbərova, “Code Academy” şirkətinin təsisçi və icraçı direktoru Ülvi Aslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Fariz Əhmədov, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının idarə heyətinin sədri Heydər Eminli, Avropa Azərbaycan məktəbinin icraçı direktoru, CCAAIBWS Assosiasiyasının sədri Francesco Banchini çıxış ediblər.

“Yeni nəsil, yeni istəklər” paneli ˝LIBRAFF˝ kitab mağazalarının PR meneceri Sərxan Rüstəmovu moderatorluğu ilə davam edib. Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, “Kvant Academy”nin təsisçi və direktoru Afərin Əkbərli, Cənubi Florida Universitetinin Tədqiqat Asistenti Laləxanım Orucova, sahibkar Xəqani Səfərov, “DAHA intellekt vadisi”nin direktoru Aqşin Yenisey panelin spikerləri olublar.

Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, “Medsol” MMC, BeIT&Partners, “İmego”, “BTL” şirkətlərinin sponsorluğu, “Başkent” restoranlar şəbəkəsinin və Dayaq Patronaj Xidmətinin dəstəyilə keçirilib.

Bənzər yazılar