“Yaxın gələcəkdə peşə təhsili müəssisələrinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulur”.

Mektebgushesi.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, məktəb və işəgötürən arasında əməkdaşlıq olmalıdır: “Peşə təhsilində özəl sektorun iştirakı üçün imkanlar yaradılmalıdır. Yaxın zamanda Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi üçün təkliflə çıxış edəcəyik. Tələbələr istehsalat təlim prosesinə cəlb edildiyi vaxtda aldıqları əməkhaqqı və ödənişlərə müəyyən vergi güzəştləri tətbiq olunsun, bu, xərclər kimi tanınsın. Müəssisələrdə maraq olsun ki, gənc kadrları təcrübəyə cəlb etsinlər. Hazırda bununla bağlı məsələ müzakirə olunur, çünki indiki təcrübə prosesi düzgün deyil”.

Bənzər yazılar