Lənkəran Dövlət  Universitetinin,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə LDU-da narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib.  Tədbiri LDU-nun prorektoru, prof. Kamran Kazımov açıb, narkomaniyanı əsrin ən böyük bəlası, sosial fəlakət adlandırıb, cəmiyyətə vurduğu ağır zərbələrdən söz açaraq ona qarşı kollektiv  mübarizəni  günün ən vacib məsələsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Mektebgushesi.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin  Hüquq şöbəsinin müdürü  Emin Quluyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul işçisi Vasif Quliyev tədbirdə çıxış edərək ölkəmizdə narkomaniyaya qarşı aparılan  mübarizə tədbirlərindən, dövlətin bu istiqamətdə yürütdüyü siyasətdən, qəbul olunmuş dövlət proqramlarının icra vəziyyətindən, narkomaniyanın ağır fəsadlarından, bu ağır bəlaya qarşı aparılacaq profilaktik tədbirlərin vacibliyindən söz açıblar.

Tədbirdə  NMDK-nın işçi qrupu tərəfindən “Narkotiklər haqqında həqiqəti bilin”adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılıb,  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar