Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının “Tarix müəllimliyi” ixtisasının II tədris ilinin tələbəsi Qənbər Ağayev 1-4 dekabr tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində keçirilən “Alpaqut Turan Türk döyüş sənəti üzrə IV Dünya Çempionatı”nda 18-35 yaş, 60-65 kq çəki dərəcəsində “Ayça” ve “Caymaz” sistemleri üzrə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Qənbər “Ayça” sistemində İran və Türkiyədən olan idmançılara, “Caymaz” sistemində isə Əfqanıstan və  Türkiyə idmançılarına qalib gələrək hər iki sistem üzrə ayrılıqda I yerin sahibi olub.

Universitetdən Mektebgushesi.az-a bildirilib ki, Qənbər Ağayev Alpaqut Turan Döyüş sənəti üzrə 4 qat Dünya çempionu, 6 qat  Respublika çempionu, 2 dəfə Prezident Kubokunun sahibi, 2 dəfə Dünya Kubokunun sahibi, Avrasiya çempionudur və bunlarla yanaşı Alpaqut Turan Türk döyüş sənəti üzrə idman ustalığına namizəd və məşqçi adına layiq görülüb.

Bənzər yazılar