“Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı və “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “ Heydər Əliyev ideyaları – Yeni Azərbaycanın dövlətçilik irsi” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.

Universitetdən Mektebgushesi.az-a bildirilib ki,Ttədbirdə çıxış edən “Z.Xəlilov küçəsi 33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında tarixi xidmətləri əvəzsizdir. Xalqının və dövlətinin mənafeyini daim üstün tutan Ümummilli Liderimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Ulu Öndər daim Azərbaycanı düşünüb, onun müasirləşməsinə, qüdrətlənməsinə çalışıb.

YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri Şahlar Əsgərov qeyd edib ki, fəaliyyətinin hər dövründə Ulu Öndərin müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli dövlətin yaradılması olub. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Ümummilli Liderin səmərəli fəaliyyəti sayəsində mümkün olub.  Ümummilli Liderin siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir.

YAP Təftiş komissiyasının üzvü, Milli Məclisinin deputatı Sadiq Qurbanov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutub. O, öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər görülüb. Bu gün müasir, müstəqil Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Oktyabrın 15-də Xankəndi və digər ərazilərimizdə Müzəffər Ali Baş Komandanın Azərbaycanın Dövlət Bayrağını ucaltması tarixi Zəfərimizin zirvəsi oldu. Şübhəsiz, bütün bunların fövqündə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən, güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.

BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev, dosent Şamo Cəbrayılov və Mexanika-riyaziyyat fakültəsinin II kurs tələbəsi Murad Muradlı çıxışlarında  qeyd ediblər ki, XX əsrin sonlarında müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və respublikamızın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsi Ümummilli Liderin tarixi fəaliyyətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasəti bu gün dahi rəhbərin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Sonra bir qrup partiya fəalına fəxri fərmanlar və partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Bənzər yazılar