Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elan edir.

Müsabiqədə məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan loqoped, psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan müəllimlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizədlər sağlamlıq imkanları məhdud uşaqların diaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər.

Sənəd qəbulu 15.12.2023-cü il tarixindən 15.01.2024-cü il tarixinə qədər həyata keçiriləcək. Namizədlər müvafiq sənədləri ptpk@baku.edu.gov.az poçt ünvanına göndərməlidirlər.

Sənədlərin yoxlanılması prosesi başa çatdıqdan sonra namizədlər müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Əlavə sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.

Bənzər yazılar