Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq məlumat bazalarında elmi göstəriciləri yüksələn xətt üzrə dəyişir.

Bu barədə Mektebgushesi.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, ADNSU 2023-cü ildə alimlərinə və onların elmi məqalələrinə istinadlara görə “Scopus” və “Web of Science” verilənlər bazasında Azərbaycanda ali təhsil müəssisələri arasında 3-cü, AMEA-nın institutları ilə birlikdə 5-ci, “Google Scholar” beynəlxalq elmmetrik platformasında isə hər iki istiqamətdə 2-ci pilləyə yüksəlib.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə ADNSU “Scopus”da 5, “Web of Science”də 6 və “Scholar”da 7-ci pillədə yer almışdı. ADNSU alimlərinə və onların elmi məqalələrinə istinadların elmmetrik bazalarda son bir ildə yüksəlişi H-index göstəricilərinə görə də nəzərdən keçirilsə, “Scopus”da bu göstərici 37-dən 40-a, “Web of Science”də 34-dən 37-ə və “Google Scholar”da isə 42-dən 67-yə yüksəlib.

Son bir ildə ADNSU əməkdaşlarının “Scopus” və “Web of Science”də 350 elmi məqaləsi yerləşdirilib.

Bənzər yazılar