Azərbaycanda peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin sayı açıqlanıb

Azərbaycanda 4178 şagird peşə təmayüllü təhsil alır. Mektebgushesi.az xəbər verir ki, bu barədə “Peşə təmayüllü siniflər” layihəsinin hesabat görüşündə məlumat verilib. Bildirilib ki, peşə təmayüllü siniflər 2023-2024-cü tədris ilindən ölkə üzrə 196 məktəbdə 232 sinif olmaqla 4178 şagirdi əhatə edir. Qeyd edilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na […]
Həsən Həsənli: “Əmək bazarı üçün hazır kadr yetişdirə bilməməyimiz böyük problemdir”

Elm və təhsil nazirinin müavini Həsən Həsənli əmək bazarı üçün hazır kadr yetişdirilməməsinin böyük problem olduğunu bildirib. Mektebgushesi.az xəbər verir ki, o, “Peşə təmayüllü siniflər” layihəsinin gələcəkdə şagirdlərin əmək bazarında hazır kadr kimi yetişməsinə şərait yaratdığını söyləyib. Bildirilib ki, bu layihə 2019-2020-ci ildən fəaliyyətə başlayıb. Şagirdlərimiz əmək bazarının iştirakçıları ilə işlədikləri proyektlərinə üstündə işləməyi, komanda […]
AzMİU memarlıq ixtisasının bakalavriatla yanaşı, magistratura səviyyəsi üzrə də RİBA akkreditasiyasını əldə edəcəkdir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Britaniya Memarlarının Kral İnstitutunda (Royal Institute of British Architects – RİBA) olub. Rektor RİBA-da institutun təhsil və tədris direktoru Jenny Russel və tərəfdaşlıq meneceri Emanuelle Meunier ilə görüşüb. Görüşdə AzMİU-nun memarlıq ixtisasının RİBA-nın növbəti 5 illik akkreditasiyasını əldə etməsi məsələsi […]
Valideynlər inklüziv siniflərlə bağlı məlumatlandırılıb

Paytaxt məktəblərindəki inklüziv siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri tədris prosesi ilə bağlı məlumatlandırılıb. İnklüziv siniflərlə tanışlıq çərçivəsində təşkil olunmuş görüşlərdə valideynlər övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanış olub, məktəbdə yaradılmış müvafiq infrastruktur, tədris resursları və təhsil müəssisəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb, dərslərdə iştirak edib, məktəbin müəllim kollektivi ilə müzakirələr aparıblar. […]
BMU tələbələrinə “Heydər Əliyev adına təqaüd” təqdim olunub

Azərbaycan müəllimlərinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayında Bakı Mühəndislik Universitetinin (BMU) təhsildə yüksək nailiyyətlər göstərən tələbələrinə “Heydər Əliyev adına təqaüd” təqdim olunub. Təqaüdə layiq görülən Zəhra Quliyeva universitetin riyaziyyat və informatika müəllimliyi, Mais Şabanov kompüter mühəndisliyi, Murad İbrahimov isə informasiya texnologiyaları ixtisasının tələbələridir. Qurultayda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş ali […]
Gənc müəllimlər dilimizin keşiyində

2023-cü ilin oktyabr ayında Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation tərəfindən elan edilən Gənclər Təşkilatları üçün 17-ci Qrant Müsabiqəsində “Gənc müəllimlər dilimizin keşiyində” layihəsi qalib olmuşdur. Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyinin tərəfdaşlığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi, Azərbaycan […]
ADPU-da “Rəngli dünyamız” rəsm dərnəyində növbəti rəsm dərsi keçilib

Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) nəzdində fəaliyyət göstərən “Rəngli dünyamız” Rəsm dərnəyinin növbəti dərsi keçirilib. Artıq 2 ildir ki fəaliyyət göstərən rəsm dərnəyində keçirilən dərslər tələbələr tərəfindən çox maraqla qarşılanır. Dərnəyin məqsədi müxtəlif fakültələrdə təhsil alan rəsm qabiliyyətli tələbələrlə birlikdə maraqlı vaxt keçirmək, eyni zamanda bu qabiliyyəti […]
Gələn il bəzi məktəblər birləşdiriləcək – RƏSMİ

2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub. Mektebgushesi.az xəbər verir ki, bunu APA-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib. O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: “Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. […]
BDU-da bioyanacaq istehsalı üçün membran texnologiyasından istifadə yolları araşdırılır

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dekanı Afət Məmmədovanın həmmüəllifi olduğu “Membran reaktorunda yeyilməz bitki xammalının parametrik optimallaşdırılması yolu ilə heterogen titan dioksid əsaslı nanokatalizatordan istifadə edərək daha təmiz bioyanacaq istehsalı: davamlı enerji inkişafına dəstək” (“Cleaner biofuel production via process parametric optimization of nonedible feedstock in a membrane reactor using a titania-based heterogeneous nanocatalyst: an […]
Məktəb psixoloqundan maraqlı və nümunəvi təşəbbüs: Yüksək bal toplayan şagirdləri xüsusi fərqləndirib

Astara şəhər 4 saylı tam orta məktəbin psixoloqu, maraqlı və nümunəvi bir təşəbbüslə çıxış edərək, sınaq imatahanlarında yüksək bal toplayan şagirdləri xüsusi fərqləndirib. Məktəbin 11-ci sinif şagirdləri Aynur Əliyeva və Gülbadam Cümşüdova psixoloq tərəfindən mükafatlandırılıb. Yunis Dürüst ləqəbiylə tanınan psixoloq Daşqın Əliyev, bu addımla, həm çalışqanlığı, zəhmətkeşliyi stimullaşdırmağa, həm də məktəb rəhbərliyinin şagirdlərə laqeydliyini kompensasiya […]
DIM “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri […]
Azərbaycanlı gənc Harvard Universitetinə qəbul oldu

Azərbaycanlı gənc Şəms Polad ABŞ-ın Harvard Universitetinə qəbul olub. Mektebgushesi.az xəbər verir ki, bu barədə atası Əlövsət Müslümov sosial şəbəkədə paylaşım edib. O qeyd edir: “Şəms Harvard Universitetinə qəbul aldı. Erkən müraciət dönəmində Harvard Universitetinə ABŞ xaricindəki ölkələrdən qəbul alan 127 tələbədən biri oldu. “Robert College”dən Harvard Universitetinə keçən yol çox zəhmətli idi, indi sevincimizin […]