Azərbaycanda 4178 şagird peşə təmayüllü təhsil alır.

Mektebgushesi.az  xəbər verir ki, bu barədə “Peşə təmayüllü siniflər” layihəsinin hesabat görüşündə məlumat verilib.

Bildirilib ki, peşə təmayüllü siniflər 2023-2024-cü tədris ilindən ölkə üzrə 196 məktəbdə 232 sinif olmaqla 4178 şagirdi əhatə edir.

Qeyd edilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, 2026-cı ilə qədər ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15%-ə çatması planlaşdırılıb.

Bənzər yazılar