Çexiyanın paytaxtı Praqada Karlov Universitetində atışma olub.

Mektebgushesi.az xəbər verir ki,  silahlı şəxs insanları atəşə tutub.

Hadisə Praqanın Yan Palaç meydanında yerləşən təhsil ocağında baş verib.

“Hazırda bütün bina boşaldılır və hadisə yerində onlarla ölü və yaralı var”, – polis bildirib.

Məlumata görə, atışma zamanı 20-yə yaxın şəxs həlak olub, 30-a yaxın yaralı var.

Polis Yan Palaç meydanındakı binanın ətrafını bağlayıb. Mərkəzdə tramvay hərəkəti məhdudlaşdırılıb, xətlər alternativ yollarla yönləndirilir.

Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini bildirib.

Bənzər yazılar