Paytaxtdakı 10 nömrəli sanatoriya tipli internat məktəbində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki,Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru Fərid Quliyev ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulayıb. Bildirib ki, bu gün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik baxımından mühüm rol oynayır.

F.Quliyev ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğıdan danışıb, bu kateqoriyadan olan uşaqların tədris şəraitinin yaxşılaşdırılması, təhsil problemlərinin həlli istiqamətində son illərdə dövlət tərəfindən əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Bənzər yazılar