Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində tələbə qızlar üçün elan edilən təqaüd proqramının nəticələri açıqlanıb.

Fonddan Mektebgushesi.az -a bildirilib ki, qaliblərin siyahısı ilə keçidə daxil olaraq tanış olmaq mümkündür.

Qeyd edək ki, proqram çərçivəsində tələbələr aylıq təqaüd almaqla yanaşı, təhsil aldıqları sahələr üzrə təcrübə keçmək şansı əldə edəcəklər.

Seçimlərdə üstünlük akademik göstəriciləri yüksək olan namizədlərə verilib. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız 1 il ərzində aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.

Bənzər yazılar