2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

Universitetdən Mektebgushesi.az-a bildirilib ki, imtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı”
günləri həftədə bir dəfə hibrid formada təşkil olunacaq.

Görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.

İlk “Açıq qapı” günü 2024-cü ilin 09 yanvar tarixində keçiriləcəkdir. Görüşə qatılmaq istəyənlər muraciet@mdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Bənzər yazılar