Şəmkirdə Təhsildə İnkişaf və İnnovasilar üzrə VII qrant müsabiqəsinin qalibi olmuş, “Sözlərinlə Əsər Yarat” layihəsinin təlimləri həyata keçirilir.

Mektebgushesi.az xəbər verir ki, layihənin məqsədi Şəmkir rayon ümumi təhsil müəssisələrində təhsil alan 200 nəfər 14-15 yaşlı şagirdin nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirməklə onların həyatda uğur qazanmalarına və akademik nailiyyətlərinin inkişafına dəstək verməkdir.

Şəmkir məktəbliləri arasında çox qısa zaman ərzində layihəyə həddindən artıq böyük maraq yaranıb.

Təlimçi Anar Yaşaroğlu tərəfindən  layihə çərçivəsində 10 məktəbdə 200 şagirdə təlim keçirilməsi nəzərdə tutulsa da,  məktəblilərin  bu layihəyə maraqları çox olduğu üçün əlavə müraciətçilərin də iştirakına şərait yaradılıb. Beləliklə, “Sözlərinlə Əsər Yarat”  layihəsində ümumilikdə təxminən, 300 şagird iştirak edib.

Təlimlər çərçivəsində şagirdlərə seçilmiş 10 məktəbin hər birində 4 dəfə (3 saat olmaqla cəmi 120 saat) təlimlər keçilib. Təlimlər Aktiv Dinləmə, Nitqin təmizliyi, səlisliyi və axıcılığı, Multimodal, Genişləndirilmiş və Effektiv ünviyyət mövzularını əhatə edib.

Qeyd edək ki, adıçəkilən layihə aktuallığı və faydalılığına görə yüksək qiymətləndirilib. Hazırda şagirdlərin tədris keyfiyyətini artırmaq üçün onlarda inkişaf edirilməli əsas məsələlərdən biri də effektiv ünsiyyət və uğurlu nitq mədəniyyətidir. Şagirdin özünü düzgün ifadəetmə bacarığı gələcək təsdiqi üçün əsas bazis rolunu oynayır.

Layihə rəhbəri fəal təhsil işçisi kimi tanınan gənc pedaqoji kadr, Şəmkir rayon Sarıtəpə kənd tam orta məktəbinin müəllimi, direktor müavini Arifə Məmmədovadır.

O, bundan əvvəl də Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V və VII qrant müsabiqənin qaliblərindən biri olmağı bacarıb.

Arifə Məmmədova həmçinin,  “STEAM  Azərbaycan” Festivalının, eləcə də  Fərq Yaradan Gənc Müəllim layihəsinin qalibi  olub.

Regionda təhsillə bağlı bir sıra vacib layihələrə rəhbərlik edib.


Xəbərə dair fotosessiya

Bənzər yazılar