Fevralın 24-də respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək.

Təhsil İnstitutundan Mektebgushesi.az -a bildirilib ki, informatika fənni üzrə yarımfinal turu VIII-IX siniflər üçün fevralın 17-də, X-XI siniflər üçün isə fevralın 18-də keçiriləcək. Buraxılış vərəqələri tezliklə portal.edu.az platformasındakı şəxsi kabinetlərə əlavə ediləcək.

2023-2024-cü tədris ili üçün respublika fənn olimpiadalarının müvafiq fənlərə uyğun proqramı ilə Təhsil İnstitutunun saytından tanış ola bilərsiniz.

Qeyd edək ki, biologiya və fizika fənləri üzrə respublika mərhələsinin final mərhələsində praktiki tur da olacaq.

Olimpiadaların təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Olimpiadalar riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.

Bənzər yazılar