Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib.

BDYPİ-dən Mektebgushesi.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

“Əziz valideynlər:

-övladlarınızı yollarda nəzarətsiz qoymayın;

– uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;-uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.

Bənzər yazılar