Əslən Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndindən olan Albina Məmmədova dünyanın ən qabaqcıl təhsil ocaqlarından biri sayılan Kembric Universitetində (University of Cambridge) işə başlayıb.

Mektebgushesi.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, gənc xanım burada Coğrafiya departamentində fəaliyyət göstərəcək.

Məlumata əsasən, o, departamentin kommunikasiyalar üzrə koordinatoru təyin edilib.

Qeyd edək ki, Albina Məmmədova 2 il öncə ödənişsiz qaydada Kembricdə magistraturaya qəbul olub.

Bənzər yazılar