Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində müəllim şagirdlərlə kobud rəftar edib.

317 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 23 noyabr 2023-cü il tarixində məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib. Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub.

Mektebgushesi.az xəbər verir ki, məktəb rəhbərliyi tərəfindən AzEdu.az-a bildirilib ki, müəllimlə söhbət zamanı o etdiyi əməli etiraf edib. Müəllimin izahatı alınıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi ona töhmət verilib.

Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən şagird və valideynlərlə, həmçinin psixoloq tərəfindən şagirdlə söhbət aparılıb.

Artıq son iki aydır şagirdlər müəllimləri ilə birlikdə dərslərdə iştirak edirlər, valideynlərdən hər hansı rəsmi şikayət daxil olmayıb.

Bənzər yazılar