Dərc olunub: 29.01.2024

 

“Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən şəxs xəstəxanaya yerləşdirilib”.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a məlumat verib.

O bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C. valideyni ilə birgə polis idarəsinə dəvət olunub və araşdırma aparılıb:

“Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub”.

Nurlan Əliyev bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə “Jalilov” adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.

 

Bənzər yazılar