Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərə sənəd qəbulu prosesi bu gün saat 23:59-da başa çatır.

Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, sənədlərin qəbulu və qeydiyyatı shura@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.
Sonrakı mərhələdə İctimai Şuraya seçkilərin təşkili və üzvlərin say həddinin müəyyən edilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu 2023-cü ilin 30 dekabr tarixindən elan olunub.

Bənzər yazılar