Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas üzrə tədris aparılacaq.

Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq:

“Həmin universitetdə mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur. Universitet ali təhsilin bütün səviyyələri üzrə – bakalavr, magistratura, doktorantura – kadr hazırlığı həyata keçirəcək. Bundan əlavə, elmin müxtəlif sahələri üzrə elmi araşdırmalar, tədqiqatlar aparacaq”.

İdris İsayev sözlərinə görə, universitetdə tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: 

“Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar”.

Bənzər yazılar