Elm və Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ni elan edir. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə, Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 27 fevral – 1 aprel 2024-cü il tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

 

Bənzər yazılar