Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında filosof-alim Nəsirəddin Tusinin doğum günündə keçirilən Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın rayon turunun nəticələri elan olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən  Naxçıvan bürosuna bildirilib ki, olimpiadada iştirak edən 957 şagirddən 218-i final turuna vəsiqə qazanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyinə həsr olunan olimpiadanın final turu martın 16-da keçiriləcək və qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.

Şagirdlər olimpiadanın rayon mərhələsinin nəticələri ilə https://bitly.ws/3dxJZ linki vasitəsi ilə tanış ola bilərlər.

Bənzər yazılar