Bu barədə Mektebgushesi.az-a Təhsil İnstitundan xəbər verilib.

Bildirilib ki, Respublika Fənn Olimpiadalarının yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə keçirilib.

Ümumilikdə 10997 şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Qeyd edək ki, RFO “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.

Bənzər yazılar