Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi Şurasının iclası keçirilib.

Mektebgushesi.az xəbər verir ki, Elmi Şuranın iclasında əvvəlcə AzMİU-nun Landşaft memarlığı kafedrasının müdiri, professor Aybəniz Həsənovanın 80 illik yubileyi qeyd olunub. Elmi Şuranın sədri professor Gülçöhrə Məmmədova Aybəniz Həsənovanın həyat və fəaliyyətindən söhbət açıb, landşaft memarlığı sahəsində gördüyü işləri şuraüzvlərinin nəzərinə çatdırıb.

Rektor Aybəniz Həsənovanı müəllim adının şərəfini həmişə uca tutan, tələbələrinin uğurlarına sevinən pedaqoq, ziyalı alim, xeyirxah insan kimi dəyərləndirib. Çıxışının sonunda Aybəniz Həsənovanı 80 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, gələcək işlərində uğurlar arzulayıb. Şura üzvləri də təbriklərə qoşulub, kafedra müdiri barədə müsbət fikirlər səsləndiriblər. Aybəniz Həsənova onun barəsində deyilən xoş və səmimi sözlərə görə Elmi Şuranın sədrinə və üzvlərinə öz dərin minnətdarlığını bildirib.

Sonra iclasın gündəliyinə keçilib. Elmi Şuranın gündəliyində duran məsələlər üzvlərin diqqətinə çatdırılıb.Gündəliyin ilk məruzəsi AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın “Rektorluğun 2023-cü il üzrə fəaliyyəti barədə” hesabatı olub. Rektor çıxışında 2022-ci ildə əldə olunan uğurlar, nailiyyətlər və çatışmazlıqlarla bağlı ətraflı məlumat verib. Tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, elmi potensialın gücləndirilməsi, universitetin beynəlxalq reytinqlərdəki mövqelərinin irəli pillələrə daşınması, xüsusilə AzMİU alimlərinin inpakt faktorlu jurnallardakı məqalə saylarının artırılması, həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda yetişdirilməsi prioritet istiqamətlər olaraq elan edilib.

Sonra AzMİU-nun baş mühasibi Sarı Yusubovun “Universitetin 2023-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə” hesabat dinlənilib. Çıxışlardan sonra məruzəçilər tərəfindən Elmi Şura üzvlərinin sualları cavablandırılıb və məruzələr üzrə təkliflər dinlənilib. Sonda müsabiqə işləri yerinə yetirilib.

Bənzər yazılar