Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarındakı peşə təhsili mərkəzlərində olub.
Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, nazir müavini əvvəlcə İsmayıllı və Qəbələdə yerləşən dövlət peşə təhsili mərkəzlərinə baş çəkib, onların maddi-texniki bazası ilə tanış olub, müəssisələrin ərazisi, o cümlədən emalatxanalar, sinif otaqları və yataqxana ilə tanış olub.
Kənan Kərimzadə, eyni zamanda, tədris prosesində iştirak edib. Nazir müavininə mərkəzlərdə tədris edilən ixtisaslar barədə də məlumat verilib.
Daha sonra nazir müavini Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində arıçılıq ixtisası üzrə təhsil alan 73 yaşlı Musa Mahmudovla görüşüb və ölkəmizin ən yaşlı tələbəsinə təhsil həyatında uğurlar arzulayıb.
Nazir müavini sözügedən müəssisələrdə peşə hazırlığının əhatəliliyi və səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsili prosesində yaxından iştirakı, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib və bununla bağlı mərkəz rəhbərlərinə müvafiq tapşırıqlar verib.