“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə müsahibələrə aprel ayının əvvəlində başlanılacaq.

Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Poladova Elm və Təhsil Nazirliyinin feysbuk səhifəsində yayımlanan “2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət qaydaları ilə bağlı canlı yayımda söyləyib.

Xatırladaq ki, proqrama sənəd qəbulu iyunun 15-dək davam edəcək.

2024–2025-ci tədris ili üzrə qəbul nəticələrindən asılı olaraq, iyul ayında ikinci sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.

Proqrama qəbulla bağlı elanın mətni Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Bənzər yazılar