Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sona yaxınlaşır.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, martın 13-ü saat 15:20-yə olan məlumata əsasən, 99403 abituriyent öz ərizəsini təsdiq edib.

Ərizələrin qəbulu martın 1-də başlanıb və martın 15-i saat 23:59-dək internet vasitəsilə aparılır. Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) istifadəçi adı və parolu vasitəsilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə “Tələbə qəbulu haqqında elan Ali TM”də tanış olmaq mümkündür.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni DİM-in saytında yerləşdirilib.

Bənzər yazılar