Özünü məktəbin sanitar qovşağının pəncərəsindən atdığı deyilən şagird xəstəxanadan evə buraxılıb.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

“16 yaşlı vətəndaş (qadın cinsli) bel fəqərəsində yerdəyişməyən sınıq xətti diaqnozu ilə təcili tibbi yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Zəruri müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda deyilir.

Bənzər yazılar