Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Bu barədə Təhsil İnstitutundan AzEdu.az-a xəbər verilib.

Bildirilib ki,  məktəbli olduğu dövrdə Fidan bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. Belə ki, Fidan informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında (RFO) 4 dəfə qızıl medal və iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.

Bənzər yazılar