Dərc olunub: 16.03.2024
Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruzun gəlişinə həsr olunmuş “Yurduma ilk bahar gəlir” adlı bayram şənliyi keçirilib.
Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
Bədii hissə ilə başlayan tədbirdə “Arşın mal alan” filmindən “Toy” səhnəciyi və “Keçəlin toyu” səhnəciyi təqdim olunub.
ADPU THİK rəqs qrupunun müxtəlif nömrələri, Riyaziyyat fakültəsinin IV tədris ili tələbəsi Dilarə Abdullazadə, Kimya və biologiya fakültəsinin III tədris ili tələbəsi Fəridə Əliyeva, eləcə də Universitetin məzunu Nəzrin Hüseynovanın,  “Aynabənd” qrupu və İlkin Fəridin ifaları tədbirə xüsusi rəng qatıb. Kosa ilə keçəlin sərgüzəştləri tələbə və müəllimlərə şən anlar yaşadıb.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov

Bənzər yazılar