Dərc olunub: 18.03.2024

Şamaxı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə dövlət idarəçiliyi, dövlət qulluğu və ictimai-siyasi sahədə səmərəli fəaliyyətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş rayonun bir neçə ziyalı və məsul şəxslərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Təltif edilənlər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının müdiri, dosent Alıcanov Mayıl Sədyar oğlu da var. Mayıl Alıcanov ictimai-siyasi və təhsil sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə yüksək təltifə layiq görülüb.

Bənzər yazılar