Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin ümumtəhsil kateqoriyasının qalibi “First Goygol Robotics” layihəsi Göygöl rayon Texniki və Təbiət Təmayüllü liseyin direktoru Zəhra Zeynalovanın rəhbərlik etdiyi III qrant layihədir.

Layihənin eksperti Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Səltənət Qurbanova, təlimçisi isə Göygöl rayon TTFT Liseyin coğrafiya – STEAM müəllimi Ləman Novruzovadır.

Mektebgushesi.az xəbər verir ki, layihənin məqsədi qabaqcıl təhsil təcrübəsindən istifadə etməklə, praktiki təcrübələr vasitəsilə dronlar, 3D dizayn, 3D çap, Microbit, Arduino, Kodlaşdırma, Lego kimi mövzuları Göygöl rayonunun gənc STEAM-çılarına öyrətməkdir.

Layihə müdavimləri Göygöl şəhəri və şəhərə yaxın kənd məktəblərində təhsil alan 40 nəfər VII-IX sinif şagirdləridir. Göygöl rayon Üçtəpə, Qırıxlı kənd tam orta məktəbin, Bəhrəmbəy kənd ümumi orta məktəbin, Göygöl şəhər 3,4,5 nömrəli tam orta məktəblərin və liseyin şagird kontingentindən seçilmiş müdavimlər layihənin İcra Planına uyğun olaraq XXI əsr bacarıqlarına, STEAM metodologiyasına uyğun praktiki biliklərə yiyələnir, STEAM yönümlü yerli və beynəlxalq yarışlara qoşulub, rayonu təmsil edirlər.

Təlimlərdə istifadəsi öyrədilən avadanlıqlar şagirdlərin koqnitiv, sosial və emosional rifahına töhfə verir, eyni zamanda problem həll etmə, tənqidi və analitik düşünmə bacarıqlarını inkişaf etdirir. Bu da şagirdlərin incə motor- yumşaq bacarıqlarının formalaşmasını dəstəkləyir. Python, Scratch kodlaşdırma dilindən istifadə edərək Dron, Microbit, Arduino, Legodan layihələr hazırlamaqla müdavimlər əylənərək öyrənirlər.

Xəbərə dair fotosessiya

Bənzər yazılar