Dərc olunub: 27.03.2024
ADNSU nümayəndələri Belçikanın KU Leuven Universitetinin təşkilatçılığı ilə tələbələr üçün təşkil edilən pilot tədris həftəsində iştirak ediblər. Avropa İttifaqının Erasmus+ CFHE “21-ci əsrdə sağlam və təhlükəsiz iş üçün sahələrarası səlahiyyətlər”- “WORK4CE” layihəsi çərçivəsində “Rəqəmsal biznes ekosistemi və təhlükəsiz iş yerlərinin inkişafı” adlı dərslər təşkil olunub.
Mektebgushesi.az xəbər verir ki, pilot tədris həftəsinə ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru Tex.ü.f.d. Elviz İsmayılov, Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Çingiz Qarayev və 3 nəfər tələbə qatılıb.

Bənzər yazılar