Dərc olunub: 29.03.2024
Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 2022-2023-cü tədris ilinin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olub.
Mektebgushesi.az xəbər verir ki, Q. Məmmədova daha əvvəl bir sıra nüfuzlu beynəlxalq olimpiadaların qalibi olub. O, ötən il ABŞ-də Beynəlxalq Kopernik Olimpiadasının Fizika və Astranomiya üzrə qlobal mərhələsində Azərbaycanı təmsil edərək qızıl medal qazanıb. Təmsilçimiz Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq birinciliyi əldə edib.
Qəndabın bu uğurunda əməyi, zəhməti olan bütün pedaqoji heyətə təşəkkür edirik!
Təbriklər, Qəndab!

Bənzər yazılar