Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 2023-2024-cü tədris ilində müxtəlif müsabiqələr üzrə uğur qazanan şagirdlərlə görüş keçirib.
Regional idarədən  Mektebgushesi.az -a verilən məlumata görə, robot texnika, İT və digər innovativ müsabiqələrdə uğur qazanmış Sumqayıt və Abşeron məktəbliləri İdarə müdiri ilə birlikdə Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə mövcud STEAM Mərkəzi ilə yaxından tanış olublar. Mərkəzdə məktəbin şagirdləri ilə birlikdə qeyd olunan müsabiqələrdə iştirak edən şagirdlər də mütəmadi dərslər alırlar.
Görüş zamanı STEAM Azerbaycan, Kod saatı, ROBOTEX Avrasiya Azərbaycan Cempionatı üzrə şagirdlərin uğur yolu və gələcək məqsədləri dinlənilib.

Bənzər yazılar