Astara rayonu Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbi binasının tikinti işlərinə start verilib.

Bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, köhnə məktəb binası cari ilin yanvar ayında sökülüb və yeni binanın inşasına artıq başlanılıb.

Məktəbin 2024-25-ci tədris ilinin başlanğıcına qədər hazır olacağı gözlənilir.

Qeyd edək ki, Sərək kənd məktəbinin şagirdləri müvəqqəti olaraq A.İbrahimov adına Astara rayon Şuvi kənd tam orta məktəbinə köçürülüblər.

Bənzər yazılar