Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Aprel döyüşləri şəhidlərinə həsr olunmuş guşə hazırlanıb.

Əvvəlcə, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şöbənin  müdiri Vəsilə Razimi və sosial və xüsusi məsələlər üzrə direktor müavini Şəlalə Seyidova çıxış edərək Aprel döyüşləri haqqında geniş məlumat verib, bu döyüşlərin Vətən müharibəsindən öncə böyük qələbənin müşdəçisi, ermənilərə gözdağı olduğunu vurğulayıblar.

Bənzər yazılar