Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatınin (ADPU TGT) Tarix və coğrafiya fakültəsi təşkilatının təşkilatçılığı ilə 31 Mart soyqırımının 106-cı ildönümü münasibətilə Memorial Soyqırımı Muzeyinə ziyarət təşkil olunub.

Ziyarət real faktlara əsasən hazırlanmış “Əsrin faciəsi” filminin izlənməsi ilə başlayıb. Muzeydə tələbələrə həmin dövrün tarixi gerçəkləri mənbələr və eksponatlar əsasında nümayiş olunub, Azərbaycan xalqının qan yaddaşı haqqında ətraflı məlumat verilib, eləcə də 31 Mart soyqırımı qurbanlarının xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən aparılan araşdırmalardan bəhs olunub.

Bənzər yazılar