Dərc olunub: 02.04.2024

ADU-nun Tərcümə fakültəsinin müəllimi Bahar Əliyeva Türkiyə Respublikasının İstanbul Universitetində Koreya dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi mühazirə keçib.

Mühazirədə Soyuq müharibə dövründə Koreya və SSRİ-də xarici səyahətə qoyulan qadağalardan, xarici səyahətin məhdudlaşdırılması timsalında iki fərqli siyasi, sosial, iqtisadi rejimdə mövcud olan oxşarlıqlardan bəhs edilib. Sonda tələbələri maraqlandırılan suallar cavablandırılıb.

Mühazirə tələbə və müəllim heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Bənzər yazılar