Martın 3-də keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 52267 nəfərdən 474 nəfər imtahana gəlməyib.

Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bənzər yazılar